Xəzər Xəbər

Bakıda sex qarət edildi VİDEO

Veb TV | 20:43 • 13 May 2018
Bakıda sex qarət edildi

Bakıda sex qarət edilib. Naməlum şəxs və ya şəxslər plastik qapı-pəncərə sexinə daxil olaraq ordan təxminən 1800 manatlıq ustalara məxsus alətləri oğurlayıblar. Hadisə xətai rayonunda baş verib. Yasamal rayonunda isə aptekdən bir cüt linza oğurlanıb. Həmin oğurluq anı aptekin təhlükəsizlik kamerasına da düşüb.

Plastik qapı-pəncrə sexi qarə edilib. Sexdən xeyli sayda avadanlıq oğurlanıb.

Hadisə paytaxtın Xətai rayonu General Şıxliniski küçəsindəki plastik qapı-pəncrə sexlərindən birində baş verib. Sexin sahibi Aməddin Abdulovun sözlərinə görə, gecə saatlarında obyektin arxa pəncərəsindən daxil olan naməlum şəxs və ya şəxslər ordan xeyli sayda bahalı usta alətlərini oğurlayıblar.

Zərərçəkmiş hadisə ilə bağlı dərhal Daxili İşlər Nazirliyinin ''102'' zəng mərkəzinə məlumat verib. Ərazi üzrə 35-ci polis bölməsininə əməkdaşları hadisə yerinə gələrək əl- barmaq izlərini götürüblər.

35-ci polis bölməsindən ''Xəzər Xəbər''ə verilən məlumata görə, hadisə ilə bağlı hələki saxlanılan olmasada əməliyyat-axtarış tədbirləri davam edir.

Başqa bir oğurluq isə paytaxtın Yasamal rayonunda baş verib. Rayon ərazisindəki apteklərdən birinə daxil olan qadın ordan oğurluq edib. Cinayət hadisəsi aptekin təhlükəsizlik kamerasına da düşüb.

Kadrlardan aydın olur ki, aptekə daxil olan qadın əczaçının digər müştərilərə başının qarışdığını görüb, yaxınlaşır optika bölməsinə. Qadın bir cüt linza götürüb güya onun keyfiyyətinə baxır. O, daha sonra kassaya yaxınlaşsa da ödənişin etmədən aptekdən çıxır. Aptek sahibi iddia edir ki, həmin linzanı götürən gənc qadın ona 100 manata yaxın ziyan vurub. Zərərçəkmiş hadisə ilə bağlı polisə məlumat verməyib. O, həmin şəxsin linzanı geri qaytaracağı günü gözləyir.

Bu kadrlar isə paytaxtın Qaradağ rayonunda olan ticarət mərkəzində lentə alınıb. Bir qadın ərazi üzrə 10-cü polis bölməsinə müraciət edib ki, ticarət mərkəzində olarkən içində 500 manat pul və bir ədəd qızıl qolbağ olan pulqabısını itirib.

Ticarət mərkəzinin təhlükəsizlik kameralarına baxış keçirən bölmə əməkdaşları müəyyən ediblər ki, həmin pulqabını bu dörd gəncdən biri götürür. İndi polis görüntülər əsasında həmin şəxsləri axtarır.

Xəbər lenti

Çox oxunanlar