Xəzər Xəbər

“Barselona” Alleqriyə 3 illik müqavilə təklif etdi

İdman | 13:48 • 21 Mart 2017
“Barselona” Alleqriyə 3 illik müqavilə təklif etdi
"Yuventus”un baş məşqçisi Massimiliano Alleqri yayda "Barselona”da Luis Enrikeni əvəzləyə bilər.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, Kataloniya klubunun nümayəndələri artıq bir neçə dəfə 49 yaşlı məşqçi ilə görüşüblər.

"Barselona” Alleqriyə 3 illik müqavilə təklif edib. Təklifi qəbul edəcəyi halda, italiyalı mütəxəssisin yeni iş yerində illik qazancı 8,5 milyon avro olacaq.

Qeyd edək ki, daha əvvəl Alleqrinin yeni mövsümdən "Arsenal”da çalışacağı barədə də xəbərlər yayılıb.

Xəbər lenti

Un bahalaşdı VİDEO
19:34 • 21 May 2024