Xəzər Xəbər

İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək

İdman | 08:41 • 19 May 2024
İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək

İngiltərədə uşaqların təhlükəsizliyini artırmaq üçün başları ilə futbol oynamaq qadağan ediləcək.

Xezerxeber.az xarici mediaya istinadla xəbər verir ki, ölkənin Futbol Assosiasiyası 11 və daha aşağı yaşda olan uşaqlar üçün bütün komanda oyunlarında başla topa vurmağı tədricən qadağan etməyə başlayacağını açıqlayıb. İdeya təxminən iki il sınaqdan keçirilib. Qəsdən baş zərbəsi cərimə zərbəsi ilə cəzalandırılacaq.

7-9 yaş arası uşaqlar növbəti mövsümdən, 10 yaşa qədər uşaqlar 2025-2026-ci illər mövsümündən, 11 yaşa qədər uşaqlar isə 2026-2027-ci illər mövsümündən topu başla oynaya bilməyəcəklər. 12 yaşından etibarən isə buna icazə veriləcək.

Qeyd edək ki, bu qadağa keçmiş futbolçuların daha çox beyin problemlərindən ölmə ehtimalının yüksək olması ilə əlaqədar aparılan araşdırma fonunda həyata keçirilir. Məsələn, peşəkar futbolçuların demansdan ölmə ehtimalı eyni yaşda olan orta insana nisbətən 3,5 dəfə yüksəkdir.

Rubrikanın digər xəbərləri

Ukraynadan ilk qələbə
Ukraynadan ilk qələbə AVRO-2024
19:26 • 21 İyun 2024
İspaniya 1/8 finalada
İspaniya 1/8 finalada Avro-2024
01:37 • 21 İyun 2024
Sloveniya - Serbiya matçında qalib olmadı
Sloveniya - Serbiya matçında qalib olmadı AVRO-2024
19:35 • 20 İyun 2024
Azərbaycan millisi FIFA reytinqində
Azərbaycan millisi FIFA reytinqində neçəncidir?
12:00 • 20 İyun 2024
Almaniyadan növbəti qələbə
Almaniyadan növbəti qələbə AVRO-2024
22:59 • 19 İyun 2024
Xorvatiya - Albaniya oyununda SÜLH
Xorvatiya - Albaniya oyununda SÜLH AVRO-2024
18:42 • 19 İyun 2024
UEFA Çempionlar Liqasında "Qarabağ"ın rəqibi
UEFA Çempionlar Liqasında "Qarabağ"ın rəqibi BƏLLİ OLDU
14:30 • 19 İyun 2024

Xəbər lenti