Xəzər Xəbər

“Liverpul”un yeni baş məşqçisi müəyyənləşib

İdman | 09:47 • 18 May 2024
“Liverpul”un yeni baş məşqçisi müəyyənləşib

“Liverpul”da Yurgen Kloppu əvəz edəcək baş məşqçinin adı müəyyənləşib.

Xezerxeber.az xəbər verir ki, komandaya Arne Slot rəhbərlik edəcək.

Hollandiyalı mütəxəssis özü bu barədə məlumat verib. O, növbəti mövsümdə ingilis klubuna başçılıq edəcəyini bildirb: “Təsdiq edə bilərəm ki, növbəti mövsümdə “Liverpul”a rəhbərlik edəcəyəm”. 

Slot müqavilə müddəti barədə danışmayıb. Onun “Liverpul”la 2027-ci ilin yayına kimi müqavilə bağladığı bildirilib.

Qeyd edək ki, 45 yaşlı mütəxəssis 2021-ci ildən “Feyenoord”a rəhbərlik edib. O, 2022/2023 mövsümündə komandaya Niderland çempionluğunu qazandırıb.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024