Xəzər Xəbər

“BakuBus”un avtobusu ağaca çırpılıb, xəsarət alanlar var

Hadisə | 11:45 • 19 Aprel 2021
“BakuBus”un avtobusu ağaca çırpılıb, xəsarət alanlar var
Bakıda yol- nəqliyyat hadisəsi baş verib.

Hadisə Xətai rayonu ərazisində yerləşən 147 nömrəli texniki-humanitar liseyinin yaxınlığında qeydə alınıb.

Belə ki, “BakuBus” MMC-nin istismarında olan 2 nömrəli müntəzəm marşrut xətti üzrə 99 JU 240 dövlət qeydiyyat nişanlı “Iveco” markalı sərnişin avtobusu ağaca çırpılıb. Nəticədə 2 nəfər sərnişin xəsarət alıb, sürücünün halı pisləşib.

Hadisə zamanı 147 nömrəli texniki-humanitar liseyinin hasarına ziyan dəyib./olke.az

Xəbər lenti