Xəzər Xəbər

Azərbaycan-İran sərhədində atışma: 1 nəfər yaralanıb

Hadisə | 13:42 • 19 Aprel 2021
Azərbaycan-İran sərhədində atışma: 1 nəfər yaralanıb

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən narkotik vasitələrin qanunsuz dövriy­­­yəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

DSX-dən XəzərXəbər-ə verilən məlumata görə, aprel ayının 16-da saat 22:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Qazaxlar kəndi ya­xın­lığındakı sərhəd zastavasının xidməti ərazisində 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkar olunmuşdur.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılmış, İİR sərhədçiləri hadisə haqqında məlumatlandırılmışlar. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açılmış, lakin sərhəd pozucuları əmrə tabe olmamış və ərazidən uzaqlaşmağa cəhd göstərərkən sərhəd naryadı tərəfindən təqib edilərək saxlanılmışlar.

Saxlanılan şəxslərin İran vətəndaşları 1991-ci il təvəllüdlü Feyzi Yaser Nəriman və 1993-cü il təvəllüdlü Hüseynpur Seccad Həsən olmaları müəyyən­ləş­dir­ilmişdir.

Sərhəd pozucularının təqibi zamanı sərhəd naryadı tərəfindən “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq silah tətbiq olunmuş, sərhəd pozucularından biri - Feyzi Yaser Nəriman qolundan yüngül yaralanmış və ilkin tibbi yardım göstərilərək Füzuli Rayonu Diaqnostika Mərkəzinə təxliyyə edilmişdir.

Hadisə yerinə baxış zamanı sərhəd pozucularının qanunsuz yolla AR ərazisinə keçirmək istədiyi 2 ədəd bağlamada 1159 ədəd həb və 78 ədəd “Costed Mikro Politedve” markalı aparata oxşar əşya aşkar olunaraq götürülmüşdür.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı sərhəd pozucuları ilə əlbir olaraq dərman preparatlarını qarşılamaq məqsədi ilə əraziyə «Opel» markalı 99-EY-840 dövlət nömrə nişanlı avtomobillə gəlmiş Füzuli rayon sakini 1987-ci il təvəllüdlü Hüseynov Elşən Nizami oğlu və Ağdaş rayon sakini 1994-cü il təvəllüdlü Sadəddinov Ülvi Qismət oğlu saxlanılmışlar.

Hadisə yerində Azərbaycan və İran sərhəd nümayəndələrinin görüşü keçirilmişdir.

Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin və Füzuli Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti