Xəzər Xəbər

Bazarlarda soğanın qiyməti UCUZLAŞDI – Fermerlər NARAZIDIR VİDEO

Veb TV | 20:50 • 7 May 2024
Bazarlarda soğanın qiyməti UCUZLAŞDI – Fermerlər NARAZIDIR

Məhsul bol, qiymət aşağı, alıcı isə az…

Xezexeber.az xəbər verir ki, Bərdədə soğan tarlada qalıb. Fermerlər bildirib ki, məhsul tez yığıb satılmasalar tələf olacaq.

Onların sözünə görə, ötən illə müqayisədə məhsul 50 fazidən artıq ucuzlaşıb.

Bəs soğanın qiyməti paytaxt bazarında necədir?

Bu məhsulun ucuzlaşdığını satıcılar da təsdiqlədi. Ancaq bildirildi ki, yağışlı günlərdə hər kiloqramda 5-10 qəpik artım olub.

Qiymətin daha da enəcəyi gözlənir.

Alıcıların isə soğanın ucuz olması ilə bağlı düşüncələri birmənalı deyil.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar