Xəzər Xəbər

Heyvanlarla davranışa aid yeni qaydalar effektiv olacaq? – AÇIQLAMA VİDEO

Veb TV | 21:11 • 7 May 2024
Heyvanlarla davranışa aid yeni qaydalar effektiv olacaq? – AÇIQLAMA

Heyvanlara qarşı amansız rəftar edənləri cəza gözləyir.

Xezexeber.az xəbər verir ki, belə ki, artıq ölkəmizdə heyvanlarla davranış qaydalarına nəzarət mexanizmi sərtləşdirirlir.

Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən "Heyvanlarla məsuliyyətli davranış haqqında" Qanunu layihəsinin hazırlanır.  Hazırda layihənin ictimai müzakirələri həyata keçirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Aynurə Kərimova qeyd edib ki, layihədə heyvanların təhlükəsizliyi ilə bağlı geniş aspektdə tənzimləmələr nəzərdə tutulub.

İctimai nəzarət baxımından ictimai müfəttişlik institutunun yaradılması, sığıncaqların formallaşdırlması kimi qaydalar öz əksini tapıb. Sözügedən qaydalar isə inkişaf etmiş ölkələrdə illərdir ki, mövcuddur.

Ekspertlər hesab edir ki, yeni qanun layihəsinin qəbulundan sonra yaşanan bəzi xoşagəlməz hallar təkrarlanmayacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar