Xəzər Xəbər

Altı ay komada qalan Vətən müharibəsi qazisi şəhid oldu

Hadisə | 11:35 • 19 Aprel 2021
Altı ay komada qalan Vətən müharibəsi qazisi şəhid oldu

Altı aydır, komada olan Vətən müharibəsi iştirakçısı, 26 yaşlı Nurlan Əbilov şəhid olub.

Həyat yoldaşı Aydan Əbilova bildirib ki, N. Əbilov bu gün səhər saat 7:00-da vəfat edib.

O, doğulduğu Masallı rayonunda torpağa tapşırılacaq.

Qeyd edək ki, Nurlan Fərrux oğlu Əbilov 1994-cü ildə Masallı rayonun Ağakişibəyli kəndində anadan olub. Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb, oktyabrın 8-də Füzuli uğrunda gedən döyüşlərdə başından ağır yaralanıb. Həmin vaxtdan Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alıb.

Şəhidin 3 və 5 yaşlarında iki oğlu var./apa

Allah rəhmət eləsin!

Xəbər lenti

Çox oxunanlar