Xəzər Xəbər

Əfqanıstanla sərhəddə dörd pakistanlı hərbçi həlak olub

Dünya | 15:57 • 5 May 2021
Əfqanıstanla sərhəddə dörd pakistanlı hərbçi həlak olub

Əfqanıstanla sərhəddə silahlıların hücumu nəticəsində Pakistan Sərhəd Mühafizəsi Korpusunun dörd hərbçisi həlak olub, altı sərhədçi isə yaralanıb.

“Pakistan Today” nəşri xəbər yayıb ki, insident Belucistan əyalətinin Manzakay rayonunda baş verib. Hərbçilər sərhəddə avadanlıqlar quraşdıran zaman Əfqanıstan ərazisindən atəşə tutulub. Yaralılar Kvette şəhərindəki hospitala yerləşdirilib.

Qeyd edək ki, Pakistan sərhədçiləri silahlıların ölkə ərazisinə daxil olmalarının və qaçaqmalçılığın qarşısını almaq məqsədilə Əfqanıstanla sərhəddə mühəndis istehkamları quraşdırır. Hazırda işlərin 90 faizinin yerinə yetirildiyi bildirilir.

Xəbər lenti