Xəzər Xəbər

Koronavirusla bağlı inanılmaz fırıldaq üzə çıxdı - Həkimlər test zamanı bunu edirmiş

Dünya | 16:01 • 5 May 2021
Koronavirusla bağlı inanılmaz fırıldaq üzə çıxdı - Həkimlər test zamanı bunu edirmiş

İndoneziyada tibbi şirkətin koronavirusla bağlı dəhşətli fırıldağı üzə çıxıb.

Şirkət istifadə edilmiş test çubuqlarını yuyub yenidən təkrar satırmış. Təkrar çubuqlardan hava limanındakı test məntəqəsində istifadə edilib.

Şirkət 9 mindən test çubuğunu təkrar sataraq 125 min dollar gəlir əldə edib. Aralarında şirkət rəhbərlərinin də olduğu 4 nəfər həbs edilib.

Testi həyata keçirən həkimlərin məsələdən xəbəri olub-olmadığı araşdırılır./ Metbuat.az

Xəbər lenti

Çox oxunanlar