Xəzər Xəbər

İranın “Fəxrə” peyvəndinin klinik sınağının nəticəsi məlum olub

Dünya | 16:36 • 5 May 2021
İranın “Fəxrə” peyvəndinin klinik sınağının nəticəsi məlum olub

İran Çindən əlavə 1 milyon doza peyvənd alaraq əhalinin vaksinasiyasını davam etdirəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident Həsən Ruhani Nazirlər Kabinetinin iclasında deyib. Onun sözlərinə görə yaxın zamanda İran öz istehsalı olan peyvəndlərdən də istifadə edəcək.

İran ilə Rusiya arasında 2 milyon doza “Sputnik V” peyvəndinin alınması haqqında razılıq əldə edilib. Lakin bu günə kimi İrana cəmi 700 min doza peyvənd göndərilib. Buna görə də İran Çindən də peyvənd almaq qərarına gəlib.

İran mütəxəssislərinin hazırladıqları “Fəxrə” peyvəndi klinik sınaqdan uğurla keçib. Könüllülər üzərində aparılan sınaq nəticəsində məlum olub ki, peyvənd koronavirusun orqanizmdə çoxalmasına imkan vermir və onu məhv edir.

İranın Səhiyyə Nazirliyinin açıqlamasına görə son 24 saat ərzində ölkədə 20 min 150 nəfər virusa yoluxub, 344 nəfər isə vəfat edib.

Ümumilikdə İranda koronavirusa yoluxanların sayı 2 milyon 575 min 737 nəfər, ölənlərin sayı isə 73 min 219-a çatıb. Virusa yoluxan müalicə alan 2 milyon 22 min 586 nəfər sağalaraq evə buraxılıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti