Xəzər Xəbər

Çinin XİN rəhbəri Rusiyaya gedir

Dünya | 11:00 • 10 Sentyabr 2020
Çinin XİN rəhbəri Rusiyaya gedir

Çinin Xarici İşlər naziri Moskvaya səfər edəcək.


TASS xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin deyib.


XİN sözçüsü bildirib ki, nazir Vanq Yi sentyabrın 10-dan 16-dək Rusiya, Qazaxıstan, Qırğızıstan və Monqolustanda səfərdə olacaq.


Onun sözlərinə görə, Moskvaya səfər Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun dəvəti ilə baş tutacaq. Çin XİN başçısı Moskvada Şanxay Əməkdaşlıq Təşkilatının Xarici İşlər nazirləri səviyyəsində keçiriləcək görüşündə iştirak edəcək./Publika.az

Xəbər lenti