Xəzər Xəbər

Paşinyan Rusiyaya səfər edəcək

Dünya | 19:06 • 6 May 2024
Paşinyan Rusiyaya səfər edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 9-da Moskvada keçiriləcək Qələbə paradında iştirak etməyəcək.

Xezerxeber.az-ın xəbərinə görə, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib. 

Uşakov deyib ki, Nikol Paşinyan Moskvaya mayın 8-də səfər edəcək və Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüş keçirəcək.

Paşinyan eyni zamanda, həmin tarixdə keçiriləcək Avrasiya İqtisadi İttifaqının samitinə sədrlik edəcək.

Xəbər lenti