Xəzər Xəbər

Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb

Gündəm | 18:00 • 6 May 2024
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il mayın 6-dək 40 sərhəd dirəyi quraşdırılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidməti məlumat yayıb.

Bildirilib ki, iki dövlətin ekspert qruplarının işi davam edir.

Xəbər lenti