Xəzər Xəbər

Çavuşoğlunun Afrika turnesi başlayır

Dünya | 10:55 • 10 Sentyabr 2020
Çavuşoğlunun Afrika turnesi başlayır

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu 9-11 sentyabr tarixlәri arasında Mali, Qvineya Bisau vә Seneqala sәfәr edәcәk.


Bu brədə Xarici İşlәr Nazirliyindәn məlumat verilib.


Çavuşoğlunun Maliyә edәcәyi sәfәr çәrçivәsindә Milli Şuranın üzvlәri, Malidә Birlәşmiş Tәşkilatının İnteqrasiya Edilmiş Sabitlik Missiyası, Qәrbi Afrika ölkәlәrinin İqtisadi Birliyi vә Afrika Birliyinin tәmsilçilәri ilә siyasi keçid prosesi, ikitәrәfli münasibәtlәr, regional vә beynәlxalq mәsәlәlәrdә görüşlәr keçirilmәsinin nәzәrdә tutulduğu bildirilib.


Mәlumatda Çavuşoğlunun 10-11 sentyabr tarixlәrindә Qvineya Bisau vә Seneqala edәcәyi sәfәrin isә xarici işlәr naziri sәviyyәsindәki ilk sәfәr olacağı bildirilib.


Sәfәlәr çәrçivәsindә ikitәrәfli münasibәtlәrin bütün aspektlәri nәzәrdәn keçirilәcәk, yeni әmәkdaşlıq imkanlarının müzakirә olunacaq.

Xəbər lenti

Çox oxunanlar