Xəzər Xəbər

Dörd rayonun qaz təchizatında fasilə yaranacaq

Cəmiyyət | 08:53 • 7 May 2024
Dörd rayonun qaz təchizatında fasilə yaranacaq

“Sərdarov zavodu (Əhali)” orta təzyiqli qaz kəmərində və “Abşeronneft” NQÇİ-yə məxsus 3 qaz ölçü qovşağında daraldıcı qurğuların əvəzlənməsi, Sabunçu rayonunun Oskar Əfəndiyev küçəsində 64 mənzilli yaşayış binasının qazlaşdırılması üçün yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Tovuz rayonunu təbii qazla təmin edən orta təzyiqli kəmərin kipliyə sınaq olunması ilə əlaqədar bu gün saat 10:00-dan qaz təchizatı dayandırılacaq.

“Azəriqaz”dan Xezerxeber.az-a verilən məlumata görə, təmir-quraşdırma işləri görülən müddətdə Binəqədi rayonunun (Binəqədi qəsəbəsi, Binəqədi kəndi, Mədən ərazisi, Baksol yolu, Binəqədi şosesi), Xəzər rayonunun (Pirallahı qəsəbəsi), Sabunçu rayonunun (O.Əfəndiyev, X.Xasməmmədov, Ə.Kərim, E.Rəhimov və R.Qəmbərov küçələri) və Tovuz rayonunun (Tovuz şəhəri, Ağdam, Qazqulu, Bozalqanlı, Aşağı Öysüzlü, Yuxarı Öysüzlü, Hacallı, Yuxarı Mülkülü və Əlibəyli kəndləri) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xəbər lenti

Çox oxunanlar