Xəzər Xəbər

Rəsmi Moskva Londona xəbərdarlıq edib

Dünya | 18:30 • 6 May 2024
Rəsmi Moskva Londona xəbərdarlıq edib

Rusiya Böyük Britaniyaya xəbərdarlıq edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Məlumata görə, bu gün Rusiya Xarici İşlər Nazirliyinə çağırılan Böyük Britaniyanın səfirinə xəbərdarlıq edilib ki, Ukraynanın Rusiya Federasiyasının ərazisinə Britaniya silahları ilə endirdiyi zərbələrə cavab Britaniyanın Ukrayna ərazisində və onun hüdudlarından kənarda hər hansı hərbi obyekti və texnikası ola bilər.

"Xarici işlər naziri Devid Kemeronun Kiyevin Rusiyaya Britaniya silahları ilə zərbə endirmək hüququ ilə bağlı bəyanatına dair Böyük Britaniya səfirinə kəskin etiraz bildirilib. Səfirə xəbərdarlıq edilib ki, Ukraynanın Britaniya silahlarından istifadə edərək Rusiya ərazisinə zərbə endirməsinə cavab Ukrayna ərazisində və onun hüdudlarından kənarda Britaniyanın istənilən hərbi obyekti və texnikası ola bilər", - Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

Xəbər lenti