Xəzər Xəbər

Güclü külək əsəcək, intensiv yağış yağacaq XƏBƏRDARLIQ

Cəmiyyət | 18:53 • 6 May 2024
Güclü külək əsəcək, intensiv yağış yağacaq

Bakıda və Abşeron yarımadasında mayın 7-si səhərədək şimal-qərb küləyinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Xezerxeber.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. 

Bildirilib ki, mayın 6-sı axşamdan 8-i gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. 7-si axşam yağıntıda fasilə olacaq.

Xəbər lenti