Xəzər Xəbər

Çinin nəzarətdən çıxan kosmik stansiyası Yerə düşəcək

Dünya | 10:06 • 23 Fevral 2018
Çinin nəzarətdən çıxan kosmik stansiyası Yerə düşəcək

Cari ilin aprel ayının 10-da Yerə Çinin Tyanqun-1 kosmik stansiyası düşəcək. Bu barədə ABŞ-ın Kosmik Məkana Nəzarət Sisteminin məlumatlarının analizi ilə məşğul olan sayt xəbər verib.

Proqnoza əsasən atmosferin qalın qatlarında yanmayan qalıqlar Yerin üst səthinə çata bilər.

Avropa Kosmik Agentliyi isə bu hadisənin 25 mart 17 aprel arasında baş verəcəyini bildirir.

Tyanqun orbital stansiyası 2011-ci ilin sentyabr ayının 29-da istismiara verilib. Orbitdə olduğu müddətdə iki pilot ekspedisiyası qəbul edib. 2016-cı ilin sentyabr ayında məlum oldu ki, Çin orbital stansiya üzərində nəzarətini itirib./Faktxəbər

Xəbər lenti

Un bahalaşdı VİDEO
19:34 • 21 May 2024