Xəzər Xəbər

İraqın vitse-prezidenti: "Peşmərgə" döyüşçüləri İraqda İŞİD-lə mübarizədə heç bir rol oynamayıb

Dünya | 13:17 • 21 İyul 2017
İraqın vitse-prezidenti: "Peşmərgə" döyüşçüləri İraqda İŞİD-lə mübarizədə heç bir rol oynamayıb

"Peşmərgə” döyüşçüləri İraqda İŞİD-lə mübarizədə heç bir rol oynamayıb.


Bunu RİA "Novosti”-yə müsahibəsində İraqın vitse-prezidenti Nuri əl-Maliki deyib.

"İraq Kürdüstanın rəhbər Məsud Bərzani xəyalpərəstdir. Dövlətlərin sərhədləri qan ilə cızılır. O bilir ki, "Peşmərqə" döyüşçüləri İŞİD-lə mübarizədə heç bir rol oynamayıb. ABŞ, İraq və İranın yardımı olmasaydı, Iraq Kürdüstanın paytaxtı İŞİD-ə təslim olacaqdı. Onların real gücü yoxdur.”

Qeyd edək ki, 2005-ci ildən İraqın şimalında Kürdüstan muxtariyyəti yaradılıb. Muxtariyyətin hakimiyyət orqanları sentyabrın 25-də müstəqillik haqqında referendumun keçiriləcəyini bəyan edib.

"Peşmərgə" İraq Kürdüstanın rəsmi silahlı qüvvələridir.

Xəbər lenti

Un bahalaşdı VİDEO
19:34 • 21 May 2024