Xəzər Xəbər

Neftçalada qaz xətləri çəkilən kəndə mavi yanacaq NİYƏ VERİLMİR? VİDEO

Veb TV | 21:30 • 9 May 2024
Neftçalada qaz xətləri çəkilən kəndə mavi yanacaq NİYƏ VERİLMİR?

Bir il öncə qaz xətti çəkilib, amma hələ də evlərə qaz verilmir.

Xezerxeber.az-ın xəbərinə görə, Neftçala rayonunun Beştalı kənd sakinləri deyirlər ki, mavi yanacağın verilməməsi onlar üçün ciddi problemlər yaradır.

Sakinlər problemlə ilə bağlı aidiyyəti quruma müraciət ediblər, lakin vəziyyət dəyişməyib.

Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyindən "Xəzər Xəbər"ə bildirilib ki, sakinlər mənzillərinə qaz xəttinin çəkilməsi üçün podratçı şirkətə müraciət etməlidirlər.

Vətəndaşların xüsusi lisenziyası olan şirkətlərə müraciətindən sonra müqavilə əsasında qazlaşdırılma işləri həyata keçiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti