Xəzər Xəbər

Türkiyənin nəqliyyat naziri Zəngəzur dəhlizindən danışıb

İqtisadiyyat | 13:39 • 18 May 2024
Türkiyənin nəqliyyat naziri Zəngəzur dəhlizindən danışıb

Türkiyənin Qars şəhərini Naxçıvanla sərhəd olan Iğdır vilayəti ilə birləşdirəcək dəmir yolunun tikintisi üzrə işlərə bu ilin sonunda başlamaq və beş il ərzində başa çatdırmaq nəzərdə tutulur. Bu xətt Zəngəzur dəhlizinin mühüm komponentini işə salmağa imkan verəcək.

Xezerxeber.az xəbər verir ki, bu sözləri “TGRT Haber” telekanalının efirində Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu söyləyib.

Nazir xatırladıb ki, Türkiyənin şərqində 224 kilometrlik dəmir yolunun tikintisi üçün tender bu ilin əvvəlində elan edilib və hazırda layihənin maliyyələşdirilməsi ilə bağlı danışıqlar aparılır.

“Qarsdan Azərbaycanla sərhəddə yerləşən Dilucu sərhəd-keçid məntəqəsinə qədər məsafədə tikinti işləri təxminən 5 il çəkəcək”, -deyə Türkiyə Nəqliyyat Nazirliyinin rəhbəri qeyd edib.

Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikası ilə Zəngilan rayonu arasında dəmir yolu hissəsinin tikintisi də bir neçə il çəkə bilər. Nazir bildirib ki, eyni zamanda, Azərbaycanın işğaldan azad edilmiş rayonlarında dəmir yollarının tikintisinin başa çatdırılması, Naxçıvanda relslərin modernləşdirilməsi mühüm əhəmiyyət kəsb edəcək.

Nazir daha sonra deyib: “Nəqliyyat dəhlizinin tam şəkildə fəaliyyət göstərməsi 2028-2029-cu illərdə mümkün olacaq. Bu marşrut Türkiyə və bütün region üçün həm iqtisadi, həm də strateji baxımdan əhəmiyyətlidir”.

Türkiyənin nəqliyyat naziri Zəngəzur dəhlizinin dünya ticarəti üçün əhəmiyyətindən də bəhs edib. O, Süveyş kanalında və Qırmızı dənizdə baş verən insidentlərlə əlaqədar qlobal ticarətdə yaranan riskləri vurğulayıb. Türkiyəli nazir deyib: “Zəngəzur dəhlizinin açılması nəticəsində Asiya ilə Avropa arasında iqtisadi əlaqələrin qurulması üçün yeni mühüm alternativ meydana çıxacaq”.

Bununla yanaşı, Uraloğlu Zəngəzur dəhlizinin İran ərazisindən keçə biləcəyini də istisna etməyib. Nazir bildirib: “Bizə məlumdur ki, Azərbaycan bu məsələ ilə bağlı İranla danışıqlar aparır. Yekun qərar hələ qəbul olunmayıb. İstisna etmirəm ki, dəhlizin ayrı-ayrı sahələri həm İran, həm də Ermənistan ərazisindən keçəcək”.

Rubrikanın digər xəbərləri

"Naxçıvan Bank" BOKT-a
"Naxçıvan Bank" BOKT-a ÇEVRİLİR
11:52 • 20 İyun 2024
Azərbaycan neftinin qiyməti 88 dollara
Azərbaycan neftinin qiyməti 88 dollara ÇATDI
09:20 • 20 İyun 2024
Orta aylıq əməkhaqqı 1 000 manatı
Orta aylıq əməkhaqqı 1 000 manatı KEÇDİ
12:29 • 12 İyun 2024
Şərqi Zəngəzurda iki faydalı qazıntı yatağı ilk dəfə
Şərqi Zəngəzurda iki faydalı qazıntı yatağı ilk dəfə HƏRRACA ÇIXARILIR
09:35 • 12 İyun 2024
Azərbaycan neftinin qiyməti
Azərbaycan neftinin qiyməti 82 dollar
09:36 • 11 İyun 2024
Mastercard tezliklə Azərbaycanda süni intellekt
Mastercard tezliklə Azərbaycanda süni intellekt YARADIR
10:30 • 10 İyun 2024
Laçın və Ağalıda kiçik bizneslər
Laçın və Ağalıda kiçik bizneslər YARADILDI
11:44 • 7 İyun 2024

Xəbər lenti