Xəzər Xəbər

"Beşiktaş" doğma meydanda qalib gəlib

İdman | 09:14 • 20 Aprel 2024
"Beşiktaş" doğma meydanda qalib gəlib

Türkiyə Superliqasında 33-cü tura start verilib.

Xezerxeber.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. "Beşiktaş" evdə "Ankaragücü" ilə qarşılaşıb.

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları 18-ci dəqiqədə Ernest Muçi və 67-ci dəqiqədə Cekson Muleka vurub.

Bu nəticədən sonra xallarını 51-ə çatdıran "Beşiktaş" dördüncü pillədə qərarlaşıb. "Ankaragücü" isə 37 xalla on üçüncü yerdə qalıb.

Xəbər lenti

Çox oxunanlar