Xəzər Xəbər

Azad olunan ərazilərdə daha 35 mina aşkarlanıb

Cəmiyyət | 14:43 • 20 May 2024
Azad olunan ərazilərdə daha 35 mina aşkarlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatlarına dair həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan Xezerxeber.az-a bildirilib ki, mayın 13-dən 19-dək Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 24, tank əleyhinə 11 mina və 16 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ötən həftə ərzində 308.7 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024