Xəzər Xəbər

Rövşən Nəcəf Premyer Liqada komanda sayının artırılmayacağını DEYİB

İdman | 19:44 • 13 May 2024
Rövşən Nəcəf Premyer Liqada komanda sayının artırılmayacağını

Yeni mövsümdən etibarən Azərbaycan Premyer Liqasında iştirak edəcək klubların sayında artım olmayacaq.

Xezerxeber.az xəbər verir ki, bunu AFFA-nın İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında AFFA-nın prezidenti Rövşən Nəcəf deyib.

Qurum rəsmisi komanda sayının artırılmamasının səbəbləri barədə danışıb:

"Bunun üçün yetərli qədər infrasturktur, idman bazaları olmalı, hakimlər çoxluq təşkil etməlidir. Əsas hədəflərimizdən biri Premyer Liqanın keyfiyyətini artırmaqdır. Lakin gələcək illərdə klub sayının artırılması məsələsinə yenidən baxılacaq".

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024