Xəzər Xəbər

İcra hakimiyyətində bir neçə kompüterin zərərvericilərə yoluxduğu aşkar edilib

Texnologiya | 11:03 • 16 May 2024
İcra hakimiyyətində bir neçə kompüterin zərərvericilərə yoluxduğu aşkar edilib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin Təhlükəsizlik Əməliyyatları Mərkəzi tərəfindən dövlət qurumlarının informasiya təhlükəsizliyini təmin etmək məqsədilə aparılan monitorinq nəticəsində Qazax Rayon İcra Hakimiyyətində istifadə olunan bir neçə kompüterin zərərvericilərə yoluxma halı aşkar edilib.

Xezerxeber.az Dövlət Xidmətinin məlumatına istinadla xəbər verir ki, insidentin yerində araşdırılması zamanı Zərərvericilərin Tədqiqi Laboratoriyası tərəfindən işçi kompüterlərə baxış keçirilib, yoluxmanın yayılma üsulu müəyyən edilib və zərərverici nümunələr götürülüb. İnformasiya sistemində təhlükəsizlik boşluqları və nöqsanları aşkar edilib, audit hesabatı hazırlanıb, tövsiyələrlə bərabər aradan qaldırılması üçün İcra Hakimiyyətinə təqdim edilib.

Sonda İcra Hakimiyyətinin nümayəndələri üçün Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşları tərəfindən “Kibergigiyena üzrə ən qabaqcıl təcrübələr” mövzusunda təlim keçirilib. Təlimdə internetdən təhlükəsiz istifadə, şifrə siyasəti, fişing hücumları, son zamanlar yayılmış kiberhücum metod və vektorları kimi aktual mövzulara toxunulub.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumlarında informasiya təhlükəsizliyi səviyyəsinin artırılması sahəsində görülən işlərlə bağlı ətraflı məlumat verilib. Sonda mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024