Xəzər Xəbər

Əhməd Rəcəbli küçəsində nə işlər görülür? VİDEO

Veb TV | 21:21 • 9 May 2024
Əhməd Rəcəbli küçəsində nə işlər görülür?

Metronun Nəriman Nərimanov stansiyasının yaxınlığındakı əsas yollardan biri təmir edilir.

Xezerxeber.az xəbər verir ki, uzun müddətdir təmir edilməyən və asfalt qatı yararsız hala düşən Əhməd Rəcəbli küçəsində təmirlə əlaqədər sabah saat 08:00-dan mayın 13-ü saat 22:00-dək nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları və ərazidə quraşdırılan yol nişanlarının tələblərinə əməl etmələri xahiş edilir

Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, təmir işlərinin sürətli yekunlaşdırılması üçün lazımı addımlar atılır.

Yol növbəti həftənin birinci günündən etibarən tam şəkildə sürücülərin istifadəsinə veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti