Xəzər Xəbər

Əməkdar artist Cavanşir Məmmədov vəfat edib YENİLƏNİB

Mədəniyyət | 13:22 • 20 Aprel 2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib

Əməkdar artist Cavanşir Məmmədovla bağlı 20.04.2024-cü il tarixində saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Xezerxeber.az-ın məlumatıan görə, TƏBİB-dən bildirilib ki, saat 12:05-də təcili yardım briqadası çağırış ünvanına cəlb olunub.

Ünvanda həkiməqədər ölüm qeydə alınıb.

13:07

Bu gün Əməkdar artist Cavanşir Məmmədov 70 yaşında vəfat edib.

Xezerxeber.az xəbər verir ki, sənət adamları bununla bağlı sosial şəbəkə hesablarında paylaşım ediblər.

Onun ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir. 

Qeyd edək ki, C.Məmmədov 1954-cü ildə anadan olub. 

O, 2005-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülüb.

Xəbər lenti