Xəzər Xəbər

Xankəndiyə prokuror təyin edilib

Gündəm | 14:50 • 20 May 2024
Xankəndiyə prokuror təyin edilib

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Rəşadət Orucov Xankəndi şəhər prokuroru vəzifəsinə təyin edilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Baş prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Rəşadət Orucov 2012-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunub. Əvvəllər Mingəçevir şəhər prokurorluğunun müstəntiqi və böyük müstəntiqi, Tovuz rayon prokurorluğunun böyük müstəntiqi, Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin böyük prokuroru vəzifələrində çalışıb. 2019-cu ildən hazırkı vaxtadək Yasamal rayon рrоkurorunun müavini vəzifəsində işləyirdi.

Qeyd edək ki, Qubadlı rayonunda anadan olan Rəşad Orucov 8 yaşında erməni işğalı nəticəsində ailəsi ilə birgə məcburi köçkün düşüb.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 May 2024-cü il tarixli Sərəncamı ilə Xankəndi Şəhər Prokurorluğu yaradılıb.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024