Xəzər Xəbər

Azərbaycan İranda axtarış-xilasetmə əməliyyatına qoşulmağa hazırdır

Gündəm | 01:31 • 20 May 2024
Azərbaycan İranda axtarış-xilasetmə əməliyyatına qoşulmağa hazırdır

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) İran Prezidenti İbrahim Rəisinin rəhbərlik etdiyi heyəti aparan helikopterin qəza enişi etməsi ilə əlaqədar axtarış-xilasetmə əməliyyatına dərhal dəstək göstərməyə hazır olduğunu bildirib.

Xezerxeber.az xəbər verir ki,  bu barədə FHN məlumat verilib.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, lazımi texniki vasitələrlə təchiz olunmuş 40 nəfər peşəkar xilasedicidən ibarət qrupun 2 helikopterlə hər an axtarış-xilasetmə əməliyyatına qoşulmağa hazır olması dost ölkənin müvafiq dövlət qurumunun diqqətinə çatdırılıb”, - deyə məlumatda qeyd edilib.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024