Xəzər Xəbər

Bakıda partlayış nəticəsində ölən şəxs polis olub

Hadisə | 17:39 • 2 Yanvar 2023
Bakıda partlayış nəticəsində ölən şəxs polis olub

Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış nəticəsində ölən şəxsin kimliyi məlum olub.

DİN-in mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, partlayışda həyatını itirən polis nəfəri Məhəmməd Babayev olub.

Bildirilib ki, Məhəmməd Babayev polis bölmələrinin birində sürücü vəzifəsində xidmət edib.

Qeyd edək ki, bu gün saat 16 radələrində Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verib. FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, onsəkkizmərtəbəli yaşayış binasının onsəkkizinci mərtəbəsində yerləşən vətəndaşa məxsus mənzildə, ilkin ehtimala əsasən, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayış baş verib. Nəticədə, ilkin məlumata əsasən, 1 nəfər həlak olub, 2 nəfər xəsarət alıb, mənzilə ciddi ziyan dəyib.

Hazırda FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülür.

 

Rubrikanın digər xəbərləri

Xəbər lenti