Xəzər Xəbər

Bakıda 4 il əvvəl istifadəyə verilən çoxmərtəbəli bina hər an ÇÖKƏ BİLƏR - Sakinlər NARAHATDIR VİDEO

Veb TV | 20:35 • 29 Aprel 2024
Bakıda 4 il əvvəl istifadəyə verilən çoxmərtəbəli bina hər an ÇÖKƏ BİLƏR - Sakinlər NARAHATDIR

Bakıda 4 il əvvəl istifadəyə verilən çoxmərtəbəli binada yaşayan bir qrup sakin gələcəkdə ciddi təhlükə ilə üz-üzə qalacaqlarından narahatdırlar.

Xezerxeber.az xəbər verir ki, Əliəşrəf Əlizadə küçəsində "ÇARBAĞ MMC" tərəfindən inşa edilən  binanın sakinləri  zirzəmiyə fasiləsiz su axdığını iddia edir.

Onlar deyir ki, belə davam edərsə, 2020-ci ildə istismara verilən çoxmərtəbəli yaşayış binasında vəziyyət təhlükəli həddə çatacaq.

Sakinlərin sözlərinə görə, şikayətlərdən sonra əraziyə aidiyyəti qurumlar tərəfindən baxış keçirilib.

Fövqəladə Hallar BNazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən bildirilib ki, çoxmətəbəli yaşayış binasının zirzəmisində torpaqla təmasda olan yol boyu yan divardan su sızması faktı təsdiqini tapıb.

Vurğulanıb ki, bu hər an xoşagəlməz hadisələrin baş verməsinə səbəb ola bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti