Xəzər Xəbər

Ali məktəblərdə magistratura ixtisaslarının illik ödənişi niyə yüksəkdir? – ARAŞDIRMA VİDEO

Veb TV | 21:10 • 29 Aprel 2024
Ali məktəblərdə magistratura ixtisaslarının illik ödənişi niyə yüksəkdir? – ARAŞDIRMA

Təhsil ili 3-4 min manat olan magistratura ixtisasları ...

Xezerxeber.az xəbər verir ki, əczaçılıq, drijorluq, heykəltəraşlıq, rəngkarlıq və digər bu kimi ixtisasların magistratura pilləsində təhsil almaq istəyən tələbə 2 il ərzində 8 min manat ödəniş etməlidir.

Bəs gənclərə bu qiymətin əvəzində yetərincə təhsil verilirmi?

Təhsil ekspertlərinin sözlərinə görə, bu ixtisasların magistratura səviyyəsində təhsili xaricdə həm daha aşağı qiymətə, həm də daha keyfiyyətli aparılır. 

Təhsil eksperti Elşən Qafarovun sözlərinə görə, digər bir problem isə magistr hazırlığında peşəkar kadr çatışmazlığının olmasıdır. Belə olduğu halda isə ödəniş haqqlarının bu cür yüksək olması absurddur.

Elşən Qafarov xaricdə yox, Azərbaycanda bu ixtisaslar üzrə təhsil almağa üstünlük verən tələbələrin aqibətindən də danışıb.

İllik ödəniş qiymətləri ilə bağlı Elm və Təhsil Nazirliyinin mövqeyi isə belə oldu.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti