“NATO-nun Rusiya əleyhinə planı yoxdur, gələcəkdə də olmayacaq”.
Xezerxeber.az-ın TASS-a istinadən xəbərinə görə, bunu ABŞ-nin dövlət katibi Antoni Blinken Səudiyyə Ərəbistanına səfəri zamanı deyib.
Onun sözlərinə görə, Alyans Finlandiya və İsveçin üzv olması ilə daha da güclənib.
Qeyd edək ki, NATO-nun ötən il Litvada keçirilən sammitində üzv ölkələr Rusiyanı təhlükəsizliyə birbaşa təhdid adlandırıb. Həmin tədbirdə “soyuq müharibə” dövründən sonra ilk dəfə Alyans ölkələrinin müdafiə planı təsdiqlənib.