Xəzər Xəbər

Vətəndaşlar elektron pulun saxta olub-olmamasını necə müəyyən edə bilərlər? - RƏSMİ AÇIQLAMA VİDEO

Veb TV | 20:10 • 31 Mart 2024
Vətəndaşlar elektron pulun saxta olub-olmamasını necə müəyyən edə bilərlər? - RƏSMİ AÇIQLAMA

Son günlər saxta kriptovalyuta tələsinə düşmə halları artmaqdadır. Onlayn qaydada kriptovalyuta almaq istəyən bir neçə vətəndaşın pul vəsaitləri bank kartlarından naməlum hesablara köçürülüb.

Xezerxeber.az-ın xəbərionə görə, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev deyir ki, təkcə dünən bir neçə şəxs belə faktdan zərər görüb.

Elşad Hacıyev onu da əlavə etdi ki, həmin şəxsxlərin hansısa birja, maliyyə qurumu və bankla əlaqəsi yoxdur.

Bəs onlayn platformada saxta kriprovalyutanı necə müəyyən etmək olar? İnformasiya Texnalogiyaları üzrə mütəxəssis Bəhruz Əliyev hesab edir ki, kiberdələduzlar bu işi ustalıqla etdiklərindən bəzən vətəndaşlar bunu müəyyən etməkdə çətinlik çəkirlər.

Daxili İşlər Nazirliyi vətəndaşları diqqətli olmağı, saxta hesablar üzərindən kriptovalyuta mübadiləsindən çəkinməyi tövsiyyə edir. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar