Xəzər Xəbər

FHN Bakıda ölümlə nəticələnən güclü partlayış barədə yeni məlumat yaydı YENİLƏNİB - 3/VİDEO/FOTO

Təhlükəsizlik tədbirləri görülür
Hadisə | 17:30 • 2 Yanvar 2023
FHN Bakıda ölümlə nəticələnən güclü partlayış barədə yeni məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi Bakıda binada baş verən partlayış barədə yeni məlumat yayıb.

Xezerxeber.az xəbər verir ki, xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, onsəkkizmərtəbəli yaşayış binasının onsəkkizinci mərtəbəsində yerləşən vətəndaşa məxsus mənzildə, ilkin ehtimala əsasən, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayış baş verib. Nəticədə, ilkin məlumata əsasən, 1 nəfər həlak olub, 2 nəfər xəsarət alıb, mənzilə ciddi ziyan dəyib.

Hazırda FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülür. Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

17:12

Binəqədi rayonunda baş verən partlayış “Şaiq MTK”ya məxsus binanın 17-ci mərtəbəsində qeydə alınıb.

Xezerxeber.az-ın xəbərinə görə, ilkin məlumata əsasən, partlayış mənzildə qaz sızmasından partlayış baş verib.

Hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

16:58

Bu gün saat 16 radələrində Binəqədi rayonu S.Məmmədova küçəsində hündürmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində partlayış olması ilə bağlı polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Xezerxeber.az-a bildirilib ki, polis aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə hadisə yerinə cəlb edilib.

Təhlükəsizlik tədbirləri görülür.

İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb.

16:21

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış olması barədə ilkin məlumat daxil olub.

Nazirlikdən Xezerxeber.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, partlayış nəticəsində yanğın hadisəsi baş verməyib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti