Xəzər Xəbər

Hindistan 10 ildə silah ixracını 35 dəfə artırıb

Dünya | 13:47 • 29 Aprel 2024
Hindistan 10 ildə silah ixracını 35 dəfə artırıb

Hindistanın Baş nazir Narendra Modi hökuməti hakimiyyətə gəldiyi 2014-cü ildən bəri silah və sursat ixracını 35 dəfə artırıb.

AZƏRTAC Press Trust of India agentliyinə istinadla xəbər verir ki, bunu Hindistanın müdafiə naziri Racnath Sinqh Əhmədabad şəhərində keçirilən seçkiöncəsi mitinqdə çıxışı zamanı deyib.

“2014-cü ildə biz 6 milyard rupi (72 milyon dollar) dəyərində müdafiə təyinatlı məhsul ixrac etmişdik, indi isə bu rəqəm 210 milyard rupini (2,5 milyard dollardan çox) ötüb”, - deyə Racnath Sinqh bildirib.

Onun sözlərinə görə, Hindistan Xalq Partiyasını təmsil edən Narendra Modi hökuməti ölkədə müdafiə təyinatlı məhsulların yerli istehsalını təmin etmək öhdəliyi götürüb. “Bu gün biz 1 trilyon rupi (12 milyard dollar) dəyərində silah istehsalına nail olmuşuq”, - deyə nazir əlavə edib.

Qeyd edək ki, Hindistan hazırda 85 ölkəyə, o cümlədən Ermənistana silah-sursat və döyüş texnikası ixrac edir.

Xəbər lenti