Xəzər Xəbər

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti 5 şəhərə xidmət göstərəcək

Gündəm | 17:42 • 29 Aprel 2024
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti 5 şəhərə xidmət göstərəcək

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) - içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir.

Xezerxeber.az-ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin Nizamnaməsində əksini tapıb.

Xidmət Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (bundan sonra – Agentlik) tabeliyində fəaliyyət göstərir. Xidmətin idarəetmə orqanı onun İdarə Heyətidir. İdarə Heyəti Xidmətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyəti beş üzvdən – Agentliyin sədrinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İdarə Heyəti sədrindən və onun dörd müavinindən ibarətdir. Xidmətin nizamnamə fondu 2 400 427 052 (iki milyard dörd yüz milyon dörd yüz iyirmi yeddi min əlli iki) manatdır.

Xəbər lenti