Xəzər Xəbər

Bu gün Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulacaq

İdman | 10:20 • 29 Aprel 2024
Bu gün Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulacaq

Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulacaq.

Xezerxeber.az xəbər verir ki, günün yeganə oyununda "Zirə" və "Araz-Naxçıvan" komandaları üz-üzə gələcəklər. Zirə Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq qarşılaşma saat 19:00-da start götürəcək.

"Zirə" hazırda 49 xalla turnir cədvəlində dördüncü, "Araz-Naxçıvan" isə 32 xalla doqquzuncu pillədə qərarlaşıb.

Turun əvvəlki oyunlarında "Sabah" "Səbail"i 2:0, "Kəpəz" "Qəbələ"ni 1:0, "Neftçi" "Turan Tovuz"u 3:0, "Sumqayıt" isə "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edib.

Xəbər lenti