Xəzər Xəbər

DSX-nin hərbçisi mina partlayışında xəsarət alıb

Hadisə | 13:55 • 29 Aprel 2024
DSX-nin hərbçisi mina partlayışında xəsarət alıb

Azərbaycanın hərbi qulluqçusunun mina partlayışı nəticəsində xəsarət alması faktı ilə bağlı araşdırma aparılır.

Xezerxeber.az bildirir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 29-da Qazax rayonunun Quşçu Ayrım kəndinin əvvəllər (DSX) Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş hissəsində mina partlaması nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu İsmayılov Vüsal İntiqam oğlunun ayağından xəsarət alması faktı ilə bağlı Şəmkir Hərbi Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti