Xəzər Xəbər

Səsyazısı yayılan direktorların bir məktəbdən digərinə yerdəyişmə edilməsinə aydınlıq gətirilib

Cəmiyyət | 16:20 • 25 Noyabr 2022
Səsyazısı yayılan direktorların bir məktəbdən digərinə yerdəyişmə edilməsinə aydınlıq gətirilib

Sosial mediada müxtəlif iddialar səslənir. 45 nömrəli məktəbin direktorunun 35 nömrəli məktəbə təyin olunmağı istisna olmaqla başqa qalmaqallı direktorların təyinatı olmayıb.

Xezerxeber.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev noyabrın 25-də keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, məktəb direktorları təyin olunanda onların təcrübələrini nəzərə alınıb, uyğun məktəb tapılır: “Həmin direktor əvvəl kiçik məktəbdə çalışıbsa kiçik, böyük məktəbdə çalışıbsa, böyük məktəbə təyinat edirik. Direktorlara bir il vaxt veririk, daha sonra onların işlərinin keyfiyyətinə baxırıq. Direktorlarla bağlı neqativ hal olanda araşdırılır.

Nəcibə Axundovaya bir güzəşt edib, ona şans verdik. Həmin direktora yenidən şans vermək fikrimcə, səhv qərar deyil. Bu şansı vermək üçün müəyyən əsaslarımız var”.

Xəbər lenti