Xəzər Xəbər

Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? VİDEO

Veb TV | 21:45 • 5 May 2024
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR?

Yüksək hərarət, səpki, boğaz ağrısı...

Xezerxeber.az xəbər verir ki, son vaxtlarda uşaqlardakı bu cür simptomlarla bağlı müraciət edənlərin sayında artım müşahidə olunur. Bunu Uşaq xəstəlikləri üzrə mütəxəssis Elşən Tağıyev bildirir.

Mütəxəssis deyir ki, qızılcayla oxşar simtomları olan bu xəstəliyin müalicəsində antibiotiklərdən istifadə edilməlidir. Streptakok adlı bu infeksiya ağır xəstəlik deyil, lakin bəzən ağırlaşmalar yarana bilər. Bu ağırlaşmalar revmatizma və böyrəklərdə fəsadlarla özünü büruzə verə bilər.

Məsələ ilə bağlı TƏBİB-in tabeliyində fəaliyyət göstərən 10 saylı uşaq poliklinikasından da "Xəzər Xəbər"ə bildirildi ki, uşaqlarda olan yüngül boğazağrısı belə gözardı edilməməli, aidiyyəti üzrə poliklinikaya müraciət olunmalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti