Xəzər Xəbər

Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? – ARAŞDIRMA VİDEO

Veb TV | 21:20 • 5 May 2024
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? – ARAŞDIRMA

Avtoxuliqanlıq edərək sosial şəbəkədə paylaşırlar.

Xezerxeber.az xəbər verir ki, bəzi sosial şəbəkə istifadəçiləri izləyicilərinin sayını artırmaq və ya qazanc məqsədilə müxtəlif vasitələrdən istifadə edirlər.

Bunlardan biri də yol hərəkəti qaydalarının kobud şəkildə pozlumasını əks etdirən videogörüntülərin paylaşılmasıdır.

İnformasiya təhlükəsizliyi üzrə ekspert Fərhad Mirəliyev deyir ki, xüsusilə tik tok sosial şəbəkəsi üzərindən edilən paylaşımlar izləyici sayı yığmaq və pul qazanmaq məqsədi daşıyır.

Bakı şəhər Dövlət Yol Polisi idarəsinin bölmə rəisi Toğrul Nəsirli "Xəzər xəbər"ə bildirib ki, hüquq-mühafizə orqanları tərəfindən bu cür paylaşımlar mütəmadi olaraq araşdırılır və tədbirlər görülür.

Ekspertlər isə sosial şəbəkələrdən daha faydalı işlər üçün istifadə etməyi tövsiyə edirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti