Xəzər Xəbər

Ülviyyə Fətəliyevanın kuboku FOTO

İdman | 11:55 • 30 Aprel 2024
Ülviyyə Fətəliyevanın kuboku

Yunanıstanda qadın şahmatçıların şəxsi Avropa çempionatının bağlanış mərasimi keçirilib.

Xezerxeber.az idman.biz-ə istinadən xəbər verir ki, çempionatın qalibi Ülviyyə Fətəliyevaya qızıl medal və kubok təqdim olunub.

Onun şərəfinə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Mərasimdə, həmçinin, müxtəlif nominasiyalar üzrə ən yaxşı performans nümayiş etdirən şahmatçılar təltif olunublar. Təmsilçilərimizdən Günay Məmmədzadə və Səbinə İbrahimova xüsusi mükafata layiq görülüb.

Xəbər lenti