Xəzər Xəbər

“Araz Naxçıvan”ın baş məşqçisi istefa verdi, səbəbini özü AÇIQLADI

İdman | 17:05 • 6 Aprel 2024
“Araz Naxçıvan”ın baş məşqçisi istefa verdi, səbəbini özü

“Araz-Naxçıvan” baş məşqçisi Azər Bağırovla yollarını ayırıb.

Bu barədə Naxçıvan təmsilçisinin icraçı direktoru Eldəniz Yusifov məlumat verib.

Onun sözlərinə görə, 40 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib:

“Dünənki oyundan sonra rəhbərliyin görüşü oldu, müzakirə aparıldı. Qarşılıqlı razılıq əsasında baş məşqçi ilə yollarımızı ayırmaq qərarına gəldik”.

İcraçı direktor komandanın son vaxtlar Premyer Liqadakı nəticələrinin istefaya səbəb olduğunu gizlətməyib: “Komandanın son durumu məlumdur. Mövsümə yaxşı başlamışdıq. Lakin son vaxtlar “qara zolağ”a düşdük. Uzun müddət vəziyyətdən çıxmağa çalışdıq. Sonda yolların ayrılması məqsədəuyğun bilindi”.

Azər Bağırov özü də komandadan ayrılmağının səbəbini açıqlayıb:

“Son oyunda "Kəpəz"ə uduzduğumuza görə istefa verməmişəm. Sadəcə, bəzi məsələlər var idi, onları dəyişə bilmədim. Rəhbərliyə istefa ərizəmi təqdim etdim, onlar da qəbul etdilər. Qarşılıqlı şəkildə sağollaşdıq”, - deyə A.Bağırov söyləyib.

Qeyd edək ki, “Araz-Naxçıvan” ötən mövsüm Azər Bağırovun rəhbərliyi altında I Divizionun çempionu olub. Komanda 29 turdan sonra 32 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. (report)

Xəbər lenti