Xəzər Xəbər

Bakıda 1 otaqlı mənzillərə tələbat artdı – ARAŞDIRMA VİDEO

Veb TV | 21:10 • 5 May 2024
Bakıda 1 otaqlı mənzillərə tələbat artdı – ARAŞDIRMA

Bakının əmlak bazarında 1 otaqlı mənzillərə tələbat artıb.

Xezerxeber.az xəbər verir ki, köhnə və yeni tikililərdəki 1 otaqlı mənzillərin qiymətində artım müşahidə olunur.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, hazırda paytaxt ərazisində otaq sayı çox olan mənzillər üçün qiymətlər əlçatan olmadığına görə, 1 otaqlı evlərə təlabat artıb. Buna görə də qiymətlər əvvəlki illərlə müqayisədə dəyişib.  

Onun sözlərinə görə, 1 otaqlı mənzillərin qiyməti ipoteka kreditləri verilməyə başlayandan sonra bir qədər də yüksəlib.

Ekspert onu da əlavə edib ki, gələcəkdə qiymətlərin enəcəyi proqnozlaşdırılmır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti