Xəzər Xəbər

Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - SORĞU VİDEO

Veb TV | 21:35 • 5 May 2024
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - SORĞU

Bəzi attraksionların təhlükəsizlik, həm də təmizlik baxımından nəzarətsiz qaldığı iddia edilir.

Xezerxeber.az xəbər verir ki, bəzi valideynlər  xüsusəndə həftə sonları parklara getdiklərini  amma buna baxmayaraq nə dezinfeksiya, nə də təhlükəsizlik tədbirləri ilə rastlaşdıqlarını deyirlər.

Hətta valideynlər, uşağı xəsarət almasın deyə saatlarla oyun yerlərində gözlədiklərini də bildirirdilər.

Bəzi valideynlər isə bunun əksini düşünürlər.

Fövqəladə Hallar Nazirliyinin rəsmisi Sahil Mənsimov sözügedən attraksiyonların təhlükəsizliyinin  mütəmadi olaraq nazirliyin Sənayedə işlərin təhlükəsiz görülməsi və Dağ - Mədən nəzarəti Dövlət Agentliyi tərəfindən yoxlanıldığını bildirib.

Məsələ ilə bağlı Bakı Şəhəri İcra Hakimiyyətindən bildirildi ki, sözügedən atraksiyonların təmizliyinə nəzarət hər rayonun səlahiyyətləri çərçivəsindədir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti