Xəzər Xəbər

Məktəblərə direktorların seçimi qaydaları dəyişir

Nazir yeniliyi açıqladı
Cəmiyyət | 16:05 • 25 Noyabr 2022
Məktəblərə direktorların seçimi qaydaları dəyişir

Gələcəkdə direktorları əsasən, sertifikasiyadan yüksək bal toplamış müəllimlər arasından seçməyi planlaşdırırıq.

Xezerxeber.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, əlavə alan direktorların hazırda dərs saatları ilə birgə maaşları 2000-2500 manat civarındadır: “Bu da bizə daha istedadlı şəxslər arasından direktor seçməyə imkan verir”.

Nazir direktorların maaşlarının 58 faizə yaxın artdığını da sözlərinə əlavə edib.

Xəbər lenti