Xəzər Xəbər

“Bakı marafonu 2024”- “Küləyə qalib gəl”ənlər qalibiyyətə doğru qaçdı VİDEO

Veb TV | 21:05 • 5 May 2024
“Bakı marafonu 2024”-  “Küləyə qalib gəl”ənlər qalibiyyətə doğru qaçdı

Bugün "Küləyə Qalib Gəl" şüarı ilə 7-ci Bakı Marafonu baş tutdu.

Xezerxeber.az xəbər verir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən yarışa 18 mindən çox iştirakçı qatılıb.

Həmçinin, ayrı-ayrı sahələrdən olan 200 fəxri iştirakçı da qalibiyyət üçün yarışıb

Marafona Azərbaycan vətəndaşları ilə yanaşı, ölkədə yaşayıb-çalışan əcnəbilər və digər ölkələrin vətəndaşları da qoşulub.

Marafonda həm də fiziki məhdudiyyətli şəxslər də böyük ruh yüksəkliyi ilə  iştirak edib

21 km məsafədə təşkil olunan Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.  Yarış zonasında yarışı dəstəkləyənlər üçün isə əyləncə dolu "fan zona" - musiqi, DJ-lər, əyləncə proqramları da təşkil edilib. Marafonun əyləncə zonasının təşkilinə isə Xəzər Media Mərkəzi, o cümlədən, könüllü proqramının təşkilinə "ASAN Könüllüləri" dəstək göstərib.

Beləliklə builki marafonda qadınlar arasında ukraynalı Nataliya Semenoviç birinci olub. Azərbaycan təmsilçisi Anna Yusupova marafonu ikinci, qazaxıstanlı Nelli Qaitova üçüncü pillədə başa vurublar.

Kişilərin mübarizəsində türkiyəli Ahmet Alkanoğlu finişə hamıdan tez çatıb.

İkinci yeri ukraynalı Boqdan Semenoviç, üçüncü yeri uqandalı İsmail Senyange tutub.

İlk 3 yerin sahiblərinə, müvafiq olaraq, 3000, 2000 və 1000 manat pul mükafatları, medal və diplomlar təqdim olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti